2018-2019 qış mövsümündə qonaq azlığı ilə rastlaşmadıq - NOVRUZ NOVRUZOV

 

2018-2019 qış mövsümündə heç bir qonaq azlığı ilə rastlaşmadıq.

Bunu Turizmplus.az-a Duzdağ otelinin direktoru Novruz Novruzov bildirib. Qeyd edək ki, Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda Naxçıvan Muxtar Respublikası Dövlət Turizm Departamentinin rəhbəri Əkbər Novruzovla yanaşı Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrin nümayəndələri də iştirak edib.

"Demək olar ki, dünyanın hər yerində böhranın olmasına baxmayaraq, qış mövsümündə Duzdağ otelində qonaq azlığı yaşanmadı. Nəzərə alsaq ki, İran bazarında da durğunluq hökm sürür ancaq yenə də mövsümü heç də pis qiymətləndirmək olmazdı. Vurğulamaq isytəyirəm ki, 2020-ci ilə olan proqramlarımız daha fərqlidir." - deyə Novruz Novruzov bildirib.

- Müalicə üçün daha çox hansı ölkələrdən gəlirlər? 

Daha çox Qazaxıstan, Ukrayna kimi ölkələrdən qonaqlarımız olur. Bunun da səbəbi Beynəlxalq Sağlamlıq sərgilərində iştirakımızdır. Ona görə də son 2-3 ildə ən çox müalicə alan qonaqlarımız bu bazarın nümayəndələridir. 

- Son illər stabil olaraq sərgilərdə iştirak edirsiniz. Bu öz nəticəsini verirmi?

Düzdür, gücümüz və vaxtımız çatdığı qədər istər ölkədaxili, istərsə də xarici bütün sərgilərdə iştirak edirik. Təbii, bu sərgilərdən sonra turistlərin sayında yalnız irəliləmə müşahidə olunur.

- Ağbulaq istirahət zonasında işlər nə yerdədir? İşlər yekunlaşandan sonra qonaqlarınız bu kompleksin xidmətlərindən istifadə edə biləcəkmi?

Ağbulaq turizm kompleksində işlər 2019-cu ilin qış mövsümündə hava şəraiti ilə bağlı tamamlana bilmədi. Ancaq gələn il üçün fəaliyyətə başlayacağını gözləyirik. Duzdağ müalicə mərkəzi ilin 4 fəslində də fəaliyyət göstərir və müalicə effekti də eyni keyfiyyətdədir. Biz artıq çalışırıq ki, gələn qonaqlarımız yalnız müalicə üçün yox, həm də istirahət məqsədilə gəlsinlər. Eləcə də, müalicə əsnasında onlara digər maraqlı təkliflər edə bilək. Ona görə də qonaqlarımıza həm də bu kompleksin xidmətlərindən istifadə təklif edəcəyik.

- Sonda Duzdağ otelində olan yeniliklər barədə...

Otelimizdə kartinq, atçılıq xidmətləri və s. yeniliklər var. Bununla yanaşı gələn turistlərimiz Duz muzeyini də ziyarət edə bilər. Çalışırıq ki, hər il yeni fərqliliklərlə qonaqlarımızın qarşısına çıxaq. Ümid edirik ki, hər il daha fərqlisini və daha gözəlini edə biləcəyik. 

Paylaş

Əvvəlkİ

Европейские туристы стали активнее интересоваться Азербайджаном

Sonrakı

Направления Turkish Airlines в 2019 году

Подписывайся

Подписывайся на нашу рассылку