200 Dollardan atışın, Yaponiyada toy var - ƏLİ ƏKBƏR YAZIR

 

Yaponiyada toy mərasimləri, adətən, yayda keçirilir. Amma oktyabr ayı da bu baxımdan "xod" gedəndi. Yapon təqvimlərində hətta bəzi günlər toy üçün xoşbəxt gün kimi qeydə də alınıb.

Müasir Yaponiyada avropasayağı toy mərasimləri də keçirilir. Amma mən bir az ənənəvi toylardan xəbərçilik etmək istərdim.

Ümumiyyətlə, toy Yaponiyada insan həyatının təməlini qoyan hadisələrdən sayılır deyə ona elə anadan olandan hazırlaşmağa başlayırlar. Amma bu toy mərasiminin hay-haraylı ən aktiv fazası toya yarım il qalmış başlanır. Toya 2 ay qalmış dəvətnamələr paylanılır, özü də hər bir dəvətnamə almış qonaq toyda iştirakını mütləq yazılı formada təsdiq etməlidir. Hər iki tərəfdən toyda bir neçə yüz nəfər iştirak edə bilər. Bizdəki kimi.

Toyqabağı qız evi, oğlan evi nişan hədiyyələri ilə dəyiş-düyüş edirlər. Ən ləyaxlı hədiyyələr, əlbəttə ki, qıza çatır: brilliant daşlarla bəzədilmiş qızıl və ya platindən bahalı üzük, məsələn. Amma oğlan evi gəlinə bunu maddi imkanlarının ağız büzmədikləri halda edir. Yox, imkan başıaşağıdırsa, onda gəlini onun bürcünə uyğun daşdan ibarət üzüylə də yola verirlər. Gəlinə həm də müəyyən məbləğdə pul da hədiyyə edirlər. Məbləğ də nadir hallarda 80 min USD-dən aşağı olur. Bəyə də üzük hədiyyə edirlər, amma qat-qat ucuzundan. Yapon gəlini olmaq istədim…

56915788-10217849483496316-2503954938451722240-n