180 Gün dünya ətrafında...təyyarəsiz - FOTOLAR + VİDEO

 

Bakıda səyyahların izləyiciləri ilə möhtəşəm görüşü baş tutub.

Turizmplus.az xəbər verir ki, iyulun 12-də "Boulevard Hotel Baku"da azərbaycanlı iş adamı və səyyah Fərid Novruzinin "180 dünya ətrafında - təyyarəsiz" səyahət proqramının təqdimatı keçirilib. Təqdimatda səyyah qonaqlara hazırlaşdığı dünya turu - gəzəcəyi ölkələr, səyahət planı, istifadə edəcəyi nəqliyyatlar, ümumi hazırlıqlar barədə məlumat verib.

100-dən çox səyahətsevərin iştirakı ilə keçən görüşdə dünya turunu tamamlamağa 9 günü qalmış "One Life" şirkətlər qrupunun rəhbəri, ukraynalı səyyah Artemiy Surin də qonaq qismində iştirak edib. Artemiy Surin iştirakçılara səyahət zamanı başına gələn hadisələrdən danışıb, onların suallarını cavablandırıb.

Qeyd edək ki, Fərid Novruzi səyahətə fevral ayında çıxmağı planlaşdırır. O, 6 qitədən keçməklə 40000 km məsafə qət etməlidir. Ekvator xəttini iki dəfə keçməli olan səyyah bunların hamısını təyyarəsiz edəcək. 

Paylaş

Əvvəlkİ

Как массовый туризм убивает дикую природу Антарктиды

Sonrakı

Şəkidə çinar ağacının budağı turistlərin üzərinə düşüb - FOTO + VİDEO

Abunə olun

Xəbərlərimizə abunə olun